Azərbaycanlı qadın rəfiqəsinin sevgilisinin intim təklifini qəbul etmədi, öldürüldü
Türkiyədə, Amasyanın Gümüşhacıköy rayonunda Gürcüstan vətəndaşı olan bir qadın evində silahla qətlə yetirilmiş halda tapılıb.
Adatəpə məhəlləsi Çəmən küçəsində yaşayan 60 yaşlı Afət Məmmədlinin evində silah səsləri eşidilib. Bundan sonra qonşular polis çağırıblar.
Evə gələn təcili yardım xidməti və polis əməkdaşları hadisə yerində A.Məmmədlinin silahla vurulmuş cəsədini aşkarlayıblar. Meyit ekspertiza üçün Ankara Tibb Qurumuna aparılıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Evdə iki boş mərmi tapılıb. Polisdən verilən məlumata görə, qadını eyni evdə qaldığı rəfiqəsinin sevgilisi öldürüb. 47 yaşlı kişi A.Məmmədliyə intim əlaqə təklif etsə də, qadın bunu rədd edib və bundan sonra güllələnib.
Qeyd edilib ki, hadisədə şübhəli bilinən R.H. polis tərəfindən saxlanılıb. A.Məmmədlinin Gürcüstan azərbaycanlılarından olduğu bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı