Azərbaycanlı məşqçi Super Liqada baş məşqçi təyin edilə bilər

Türkiyə Super Liqasında çıxış edən “Ankaragücü” baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi “Sivasspor”la oyundan sonra çalışdırıcını istefaya göndərib.
Gazetekazan.com saytının məlumatına görə, “Ankaragücü” klubunun rəhbərliyi baş məşqçi postuna Arif Əsədovu təyin etmək istəyir. İddia olunur ki, hətta yayda da azərbaycanlı məşqçinin Ankara klubunu çalışdırma imkanı olub. Lakin həmin vaxt rəhbərlik Türkiyə futboluna daha yaxşı bələd olan İsmail Kartala üstünlük verib.
İndi isə rəhbərlik Arif Əsədovu istəyir. Danışıqların bir neçə gün ərzində yekunlaşması gözlənilir.
Qeyd edək ki, Arif Əsədov son olaraq “Sabah”ı çalışdırıb (2017/18 mövsümü). 2010-2011 və 2014-2015-ci illərdə “Neftçi”yə başçılıq edən 48 yaşlü mütəxəssis 2010/11 mövsümündə komandanı Premyer Liqanın qalibi edib.
“Ankaragücü” cari mövsümün 16 turunda 20 xal toplayıb və “Bursaspor”la 10-11-ci pillələri bölüşür.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Formula 1”də yeni mövsüm üçün komandaların tərkibi təsdiqlənib
"Qarabağ"la oyun gözlədiyimizdən də çətin oldu" - Rafinya
Futbol qaydalarına dəyişikliklər təklif olunub
“Bazel” – “Qarabağ” matçının hakimləri bəlli oldu
PSJ 93-cü dəqiqədə vurduğu qolla "Napoli"yə məğlubiyyətdən qaçıb - NƏTİCƏLƏR
"Qəbələ"nin futbolçusu millinin heyətindən çıxarılıb