Azərbaycanlı jurnalistlə erməni lideri bir-birinə bağlayan nədir?
“Cəsarətlidir, ağıllıdır… o, Ermənistanın Saakaşvilisi olacaq…”
Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Ermənistanın yeni lideri Nikol Paşinyanı şəxsən tanıyır.
Minval.İnfo xəbər verir ki, E.Fətullayev bu haqda sosial şəbəkədəki statusunda yazıb.
Statusu təqdim edirik: “Nikol Paşinyanla həmkar olmuşuq. 2006-cı ilin noyabrında “Realnı Azərbaycan” qəzetinin baş redaktoru qismində onunla Tiflisdə çox müzakirələr aparmışıq. O zaman Paşinyayn “Aykakan Jamanak” qəzetinin baş redaktoru idi. Maraqlıdır, Paşinyan o zaman mənə Azərbaycanda baş verənlərlə bağlı xeyli suallar verdi. “Azərbaycanın daxili siyasətinə niyə bu qədər maraq göstərirsiz?” deyərək, açıq sual verdim. “Çünki ölkələrimizdə eyni ssenarı tətbiq edilir” dedi.
Sonradan həbsdə olanda, eşitdim ki, Paşinyanı da həbs edib, 7 il azadlığdan məhrum etdilər. Eyni ssenari haqda sözlərini xatırlayıb, xeyli gülümsədim”.
E.Fətullayev Paşinyanın cəsarətli və ağıllı olduğunu yazıb: “Paşinyan – cəsarətlidir, ağıllıdır, analitik təfəkkürə malikdir və bütün varlığı ilə Rusiyaya nifrət edən Qərbpərəst siyasətçidir… Məncə, o, Ermənistanın Saakaşvilisi olacaq, ölkədə bir çox islahatlar aparacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə yeni əməliyyata hazırlaşır - "Dəclə qalxanı"
ABŞ 3 ölkədəki səfirini geri çağırıb
İsrail səfirinin Təbriz tvitinə İran səfirindən qəzəbli REAKSİYA
Azərbaycanlı Ukrayna hökumətində yüksək vəzifəyə təyin edildi (FOTO)
İslandiyada Türkiyə millisinə qərəzli münasibətin sirri
Siyavuş Novruzov parlamentin buraxılmasından danışdı
