Azərbaycanlı iş adamı İstanbulda belə vuruldu - VİDEO
İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı tapançadan açılan atəş nəticəsində yaralanıb.
Yenicag.az xəbər verir ki, azərbaycanlı iş adamı ailə üzvləri ilə axşam saatlarında evə qayıdarkən, yaşadığı binanın qarşısında silahlı hücuma məruz qalıb. Məlumata görə, iş adamı naməlum şəxslərin açdığı 4 atəş nəticəsində ayağından güllə yarası alıb. Yaralı iş adamı dərhal xəstəxanaya çatdırılıb. Araşdırmalarımız nəticəsində İstanbulda yaralanan şəxsin iş adamı Rasim Babayev olduğu müəyyən edilib.
O, 2003-2010 ci illərdə istanbul Memar Sinan Universitetinin Memarlıq fakultəsində Dövlət Xətti ilə (TCS) təhsil alıb. Təhsil müddətində fəal tələbələrdən olan Rasim Babayev universiteti bitirdikdən sonra “ByButa Tour” turizm şirkətini quraraq, biznes fəaliyyətinə başlayıb. İş həyatı zamanı hər zaman həmyerlilərimizə və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə dəstək olan Babayev İstanbulda fəaliyyət göstərən xeyriyyəçi Azərbaycan dərnəyinin də qurucu üzvlərindən biridir.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ehtimala görə, Rasim Babayevə sui-qəsd edilməsinin əsas səbəbi onunla köhnə iş ortaqları arasında baş vermiş narazılıqlardır.
https://www.youtube.com/watch?v=fNIZveAO63M
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı