Azərbaycanlı futbolçunun ailə üzvləri koronavirusa yoluxdu - FOTO
“Sabah” klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.
Bu barədə “Report”a Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib. 30 yaşlı oyunçunun sözlərinə görə, yoluxma Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında müşahidə olunub.
Mirzəbəyov ailə üzvlərinin hazırda ev şəraitində təcrid olunmuş vəziyyətdə müalicə aldıqlarını və vəziyyətlərinin normal olduğunu vurğulayıb: “Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım isə Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir”.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Qeyd edək ki, “Sabah”a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Azərbaycanda “Sumqayıt”, “İnter”, “Qəbələ” və “Neftçi”nin formasını geyinib. O, milli komandaya 2015 – 2018-ci illərdə dəvət alıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı