14.05.2021 - 12:07
İdman 1 baxış

Azərbaycanlı futbolçu Nepal klubu ilə vidalaşdı

Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın “Lalitpur Siti” klubundan ayrılıb.

“Report”un məlumatına görə, 28 yaşlı hücumçu bu barədə feysbukda paylaşım edib.

O, hər şey üçün kluba təşəkkür etdiyini yazıb. Novruzov hədəflərinin çempionluq olduğunu, lakin hədəflərinə çatmaqlarını bildirib.

Qeyd edək ki, Nurlan Novruzov Nepal Super Liqasında 7 oyuna çıxıb və 2 qol vurub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: