Azərbaycanlı axund Kərbəlada öldü
Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib.
“Minval.info”nun Trend-ə istinadən məlumatına görə, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa – Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişidiyi bildirilib.
Axundun yaxınlarının sözlərinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o dünyasnı dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır.
Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər yayılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?