Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib
Almaniyada sığınacaq istəkləri qəbul edilməyən Davudovlar ailəsi Azərbaycana deportasiya edilib.
“Report”un əldə etdiyi məlumata görə, 2015-ci ildə Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən Davud, Ülviyyə və onların övladları – 11 yaşlı Fatimə və 9 yaşlı Binnət ötən gecə saat 4 radələrində Azərbaycana göndərilmələri üçün hava limanına aparılıb.
Bayroyt İnzibati Məhkəməsinin qərarı ilə deportasiya edilən ailənin Almaniyada işləmələri və inteqrasiya etmələri nəzərə alınmayıb.
Onlar sığınacaq istəklərinin rədd edilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəninin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan qoruna bilməyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?