Azərbaycanın ən gənc paralimpiya çempionu: "Medalı vətənimə həsr edirəm"

“19 yaşımda ilk dəfə paralimpiadada iştirak etdim və qızıl medal qazandım. Həmçinin paralimpiada rekordunu da qırdım. Məqsədim dünya rekordu idi. O isə növbəti paralimpiadaya qaldı”.
“MİNVAL.İNFO”un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov deyib.
100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı ideal nəticə göstərdiyini söyləyib: “Bu medalımı vətənimə həsr edirəm. Prezident İlham Əliyevə biz idmançılara yaxşı şərait yaratdığı üçün təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Vəli İsrafilov Azərbaycanın ən gənc paralimpiya çempionu kimi tarixə düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?