10.01.2022 - 12:26
Ölkə
21 baxış
Azərbaycanın bir qrup vətəndaşı Qazaxıstandan təxliyə edildi
20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib.Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə bildirib.
Onun sözlərinə görə, 12 Azərbaycan vətəndaşı Nur-Sultan şəhərindən Moskvaya, oradan isə Bakıya göndərilib.
“8 Azərbaycan vətəndaşı isə Almatı şəhərindən quru sərhədi ilə Bişkekə çatdırılıb. Pandemiya ilə bağlı quru sərhədləri bağlı olsa da, istisna hal kimi bu proses baş tutub. Həmin Azərbaycan vətəndaşları Bişkekdən Moskvaya, oradan isə Bakıya yola salınıb. Daha 10 nəfərin təxliyəsi planlaşdırılır”, – səfirlik əməkdaşı vurğulayıb.
O diqqətə çatdırıb ki, Qazaxıstanda baş verən hadisələrdə Azərbaycan vətəndaşlarının ölməsi və xəsarət alması, eyni zamanda, iğtişaşlarda iştirak etməsinə dair hər hansı məlumat daxil olmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
14.09.2026 - 11:17
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
14.09.2026 - 10:56
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
14.09.2026 - 10:07
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
14.09.2026 - 10:00
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
14.09.2026 - 09:25
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
14.09.2026 - 08:50
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
13.09.2026 - 21:17
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
13.09.2026 - 19:25