Azərbaycanda yeni agentlik yaradıldı

Prezident İlham Əliyev yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında fərman imzalayıb.
Minval.İnfo-nun məlumatına görə, fərmana əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb.
Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentliyin nizamnamə fondu Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaiti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından agentliyə verilən aktivlər hesabına formalaşdırılır.
Bu fərman energetika ilə bağlı yerin təkindən istifadə münasibətlərinin tənzimlənməsinə şamil olunmur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Formula 1: Bakı üçün qazanc və itkilər
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər
Keşlədə nəqliyyat məhdudiyyəti: Sürücülərə alternativ yollar!
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı