Azərbaycanda Virciniya ştatından gətirilən bahalı tütün növünün istehsalına başlanılıb
Azərbaycanda Amerika sortu olan ətirli tütün yetişdirilir. Bu barədə özəl olaraq Trend-ə Şəki rayon İcra Hakimiyyətindən bildiriblər.
Məlumata görə, ABŞ-ın Virciniya ştatından gətirilən bu tütün növü digər növlərlə müqayisədə daha bahalıdır və Şəkidə yetişdirilir:
“Şəkidə bu il 877 hektar tütün sahəsi əkilib, onun 649 hektarı “Virciniya” sortu olan yaşıl tütündür, 228 hektarı isə digər tütün növləridir. Artıq rayonda tütün istehsalına başlanılıb. Builki mövsümdə indiyə qədər 2600 ton “Virciniya” tütünü istehsal olunub. 15 min 743 ton isə digər növ yaşıl tütün yığılıb”.
Bildirilib ki, “Virciniya” sortu olan tütünlərin özəlliyi ondadır ki, bu tütün digər sortlardan fərqli olaraq müxtəlif temperaturlu havada xüsusi üsulla qurudula bilir:
“Bu sortu “Azərtütün” MMC gətirərək əhali ilə müqavilə bağlayır, əhali toxum və digər avadanlıqlarla təmin edilir. Əhali həmin tütünü yetişdirəndən sonra isə “Azərtütün” MMC-yə satır. Bu il ümumilikdə 2700 ton quru tütün istehsalı gözlənilir”.
Şəki rayon İcra Hakimiyyətindən onu da bildiriblər ki, 2017-ci ildə Şəkidə 843 hektar tütün sahəsi əkilib, 2631 ton tütün istehsal olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu