Azərbaycanda üç futbol komandası ləğv olundu
AFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib.
Ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.
Minval.info xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov Oxu.Az-a açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:
“Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb”.
Qeyd edək ki, əvvəl U-16 millimizi Azər Məmmədov, U-18-i Zaur Həşimov və U-20 yığmamızı Rəşad Sadıqov çalışdırıb. Bu üç milli komanda özündən bir üst yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqasının qalibi kim olacaq? - Ekspertlərin proqnozları
Trabzonspor - Fenerbahçe - CANLI
Azərbaycan Pauerliftinq Federasiyasında təyinat - FOTO
Əfran İsmayılov əməliyyat olundu - Foto
“Trabzonspor”un nümayəndələri Mahirə görə üçün Bakıya gəldi
Avropa Liqası kubokunun Bakıya gətiriləcəyi tarix müəyyənləşib
Ronaldonun müqaviləsinin şok detalları: kim nə qədər qazanacaq?