Azərbaycanda turistlər üçün yardım-dəstək mərkəzinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
“Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək” .
Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, həmin mərkəzin fəaliyyətində digər dövlət qurumlarının iştirakı da nəzərdə tutulur: “Hazırda proqram təminatının yaradılması istiqamətində iş aparılır. Biz düşünürük ki, mərkəz növbəti ilin turizm mövsümündə, yəni yay mövsümü üçün istifadəyə veriləcək”.
K.Quluzadə qeyd etdi ki, həmin mərkəzdə bir sıra xidmətlər cəmləşəcək və əlaqə üçün dördrəqəmli qaynar xətt olacaq.
Bununla yanaşı Balakənddə Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, mərkəzin yaradılması da növbəti ildə nəzərdə tutulur: “Mərkəz turistlər üçün müxtəlif xidmətlər göstərəcək. Mərkəzin yaradılmasında turistlər Azərbaycan ərazisinə Balakəndən keçəndə məlumat əldə etsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?