Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var
Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.
Baş toksikoloq Azər Maqsudov açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Hələlik hadisənin baş vermə səbəbi məlum deyil”. (APA)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident yeni nazir müavini təyin etdi - SƏRƏNCAM
Azərbaycanlı oliqarx balaları Dubayda: "Yerazıq, yerlibazıq" - VİDEO
Azərbaycanda iyunun 10-dan məscidlər açılır
İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşdü - FOTO
Manaf Ağayevin milyonluq villası və lüks avtomobilləri - FOTO