Azərbaycanda neçə faiz ali təhsilli var? — Rəsmi rəqəmlər açıqlandı
Azərbaycanda ali təhsilli insanların sayına dair yeni statistik məlumatlar açıqlanıb. Şəhər əhalisinin təhsil səviyyəsi kənd yerlərindəkindən xeyli yüksəkdir.
Minval.info xəbər verir ki, ölkə üzrə əhalinin 23,2 faizi ali təhsil alıb. Şəhərlərdə bu göstərici 29,5 faiz olduğu halda, kənd yerlərində isə 15,8 faizdir. Orta ixtisas və texniki-peşə təhsilli şəxslərin payı şəhərlərdə 24,9 faiz, kəndlərdə isə 19,0 faiz təşkil edir. Ümumi tam orta təhsilli əhalinin payı isə kəndlərdə daha yüksəkdir.
Kənd əhalisinin 54,9 faizi, şəhər əhalisinin isə 41,4 faizi ümumi tam orta təhsilə malikdir. Ümumi orta təhsilli əhalinin xüsusi çəkisi şəhərlərdə 4,0 faiz, kəndlərdə isə 9,5 faizdir. Kişilər arasında ali təhsillilərin payı şəhərlərdə 30,1 faiz, kəndlərdə isə 15,6 faizdir.
Qadınlar arasında isə şəhər yerlərində yaşayanların 28,9 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 16,0 faizdir. Ümumi tam orta təhsilli qadınların payı şəhərlərdə 41,5 faiz, kəndlərdə isə 54,1 faizdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!