15.11.2026 - 16:34
Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı açıqlama
Hadisə 326 baxış

Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı açıqlama

Baku.ws-ın məlumatına görə, Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan tələbəsi Elvira Eyyubova ilə bağlı rəsmi açıqlama verib.

Universitetin açıqlamasında bildirilir ki, I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova qəfil vəfat edib. Bu hadisə universitet rəhbərliyini dərindən sarsıdıb və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verilib.

Hadisənin səbəblərinin araşdırılması davam edir və rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib. Araşdırmanın obyektivliyi və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılması xahiş olunur.

Universitetin açıqlamasında Elvira Eyyubovanın xatirəsinin müəllimləri və tələbə yoldaşları arasında çalışqan, fəal, pozitiv və mərhəmətli bir gənc kimi əbədi yaşayacağı vurğulanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: