15.11.2026 - 17:34
Azərbaycan NATO-nun mənzil-qərargahında xeyriyyə tədbirində iştirak etdi
Dünya 335 baxış

Azərbaycan NATO-nun mənzil-qərargahında xeyriyyə tədbirində iştirak etdi

Azərbaycanın NATO yanındakı Nümayəndəliyi və Hərbi Nümayəndəliyi alyansın mənzil-qərargahında keçirilən “NATO Charity Bazaar” adlı xeyriyyə tədbirində fəal iştirak edib.

Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycanın NATO yanındakı Nümayəndəliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Tədbirdə 40 ölkə iştirak edərək öz milli məhsullarını və mətbəx nümunələrini nümayiş etdirib. Azərbaycan stendində də milli məhsullar və zəngin mətbəx nümunələri təqdim olunub.

NATO-nun Beynəlxalq Katibliyinin və Beynəlxalq Hərbi Qərargahının yüksəkvəzifəli rəsmiləri, alyansa üzv və tərəfdaş ölkələrin səfirləri, hərbi nümayəndələri və digər qonaqlar tədbiri ziyarət ediblər. Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: