18.09.2020 - 14:31
Hadisə
15 baxış
Azərbaycanda qızı video və şəkillərini yayacağı ilə hədələyən şəxs tutuldu
Bərdə Rayon Polis Şöbəsinə bu il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
12.10.2026 - 14:54
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
12.10.2026 - 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
12.10.2026 - 13:14
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
12.10.2026 - 11:14
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
12.10.2026 - 10:34
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
11.10.2026 - 17:34
Cibuti sahillərində miqrant faciəsi: 15-i uşaq olmaqla 109 nəfər həlak oldu
11.10.2026 - 16:24