Azərbaycanda pensiyalar artacaq – RƏSMİ
“Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Bunun nəticəsindən asılı olaraq artımla bağlı müəyyən qərar qəbul ediləcək”.
APA -nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deyib.
O, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsinin həyata keçirildiyini vurğulayıb: “Nəzərdə tutulub ki, yalnız indeksləşdirmə xərcləri hesabına pensiya məbləği artacaq. Bunun əsasında təxminən 200 manat pensiya alan şəxsin pensiyası növbəti ilin yanvar ayından sonra 27-30 manat civarında artacaq”.
Yeni il qabağı pensiyaların əvvəlcədən ödənilib-ödənilməyəcəyinə toxunan direktor pensiya ödənişlərinin müəyyən qrafik əsasında həyata keçirildiyini bildirib: “Bayram günləri olduqda isə pensiya ödənişi həmin qrafikə nəzərdə tutulan vaxtdan daha əvvəl həyata keçirilir. Yeni il bayramı ərəfəsində də pensiyaların qrafikdə nəzərdə tutulan müddətdən daha tez ödəniləcəyi gözlənilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?