Azərbaycanda narkotik becərən 76 yaşlı qadın saxlanılıb
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 76 yaşlı S. Həsənova saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dəmir və plastik qablarda xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 33 ədəd çətənə və 6 ədəd xaş-xaş bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı S. Həsənova barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DYP sürücülərə xəbərdarlıq edib
Göygölə dolu yağıb, ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib - FOTO
Şeyxin arvadıyla bağlı şok iddia - Mühafizəçisi ilə...
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
"Çelsi" - "Arsenal" matçını canlı yayımlayacaq kanallar - SİYAHI
Rəis maşını aşırdı, özü öldü: içkili imiş və... - Təfərrüat
Paytaxtda 22 yaşlı qız damarlarını kəsib