Azərbaycanda "nadzor"u alnından niyə güllələdilər? - Atası bank rəhəbri olub
Şəmkir rayonunda güllələnmiş 29 yaşlı Kəramət Məmmədli Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı olub.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 1-də günorta saatlarında Bayramlı kəndində baş verib.
Şəmkir Rayon Prokurorluğundan verilən məlumatda bildirilir ki, qətlin üzərindən üç gün keçsə də, hadisə şahidinin olmaması müstəntiqlərə qatilin izinə çıxmaqda və şəxsiyyətini müəyyən etməkdə çətinlik yaradıb.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Məlumata görə, Məmmədli öz evində kiçikkalibrli tüfənglə (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.
Kriminalistlər hər hansı müqavimət izləri aşkarlamayıb. Ehtimala görə, atəş açılmazdan əvvəl qatillə qurban arasında söhbət olub.
Onların bir-birini tanıdığı güman edilir. Qatil hadisəni törətdikdən sonra izsiz şəkildə yoxa çıxıb. K.Məmmədlinin meyitini valideynləri tapıb. Məmmədlinin evindən heç bir qiymətli əşyanın oğurlanmadığından, müstəntiqlər tamah məqsədilə qətl versiyasını istisna edir.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Kəramət Məmmədli Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki ilə əvvəl boşanıb.
Cinayətin motivləri hələ aydın deyil. Qətlin qurbanın peşə fəaliyyəti ilə əlaqəli olduğu istisna edilmir. Cinayətin törədildiyi ünvanın yaxın çevrəsində müşahidə kameralarının olmaması müstəntiqlərin işini daha da çətinləşdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək