Azərbaycanda müəllimlərə müjdə

İş yerlərini dəyişmək istəyən müəllimlər üçün yeni qaydalar müəyyən edilib.
Minval.İnfo-nun məlumatına görə, yaşayış yerinə uzaq ərazilərdəki məktəblərdə işləmək istəyən müəllimlərin imtahan əmsalları daha yüksək rəqəmlə hesablanacaq.
İş yerləri dəyişdirilərkən bəzi kateqoriyalara aid müəllimlərə xüsusi güzəştlər ediləcək. Bundan başqa, iş yerlərinin dəyişdirilməsi zamanı yaşadıqları əraziyə yaxın yerdə işləmək istəyən müəllimlərin də balı fərqli əmsalla hesablanacaq. Bu barədə ”Xəzər Xəbər”ə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində insan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə məlumat verib.
Ümumtəhsil müəssisələrinə direktor müavinlərinin də işə qəbulu ilə bağlı dəyişikliklər var.
Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklərdən biri də ondan ibarətdir ki, onların müddətli müqavilə ilə işə qəbulu mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu 25 iyun – 5 iyul tarixlərində olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əhmədin 627 ballıq uğur hekayəsi!
Bakıda leysan və şimşəkli hava gözlənilir
Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır
Mübariz İbrahimovun ev muzeyi yenilənir!
Bakıda küləkli hava sabah zəifləyəcək
Azərbaycanda bərpa olunan enerji reyestri qurulur
Ermənistandan Azərbaycana idxal: Hansı məhsullar mümkündür?