Azərbaycanda müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana oldu
Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana olub.
Minval.infoxəbər verir ki, bunu “qaynarinfo”ya açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. Sədr məktəblinin oğlu olduğunu deyib:
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
“Məktəbli artıq anadır. Uşağın çəkisi 4 kiloqramdan çox olub. Ana özünü yaxşı hiss edir. Doğuşu da əməliyyatsız həyata keçirilib”.
Qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsi azyaşlı qızın hamilə qalmasına səbəb olan müəllimlə bağlı çıxarılmış hökmü ləğv edib.
Xatırladaq ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi açılıb.
Aparılan istintaqdan sonra 15 yaşlı şagirdlə cinsi əlaqədə olan müəllimə hökm oxunub. Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrlik etdiyi prosesdə Məmmədov Şəfahətə 1 il iş verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı