Azərbaycanda məktəbli oğlanı kütləvi şəkildə zorladılar: Həbs olunanlar var - RƏSMİ
Şabranda yeniyetmə oğlanı zorlamaqda ittiham edilən üç nəfər saxlanılıb.
“Minval.info” xəbərinə görə, bu barədə Oxu.Az-a Şabran Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumdur ki, 15 yaşlı yeniyetmə (ad və soyad etik səbəblərdən açıqlanmır) həmyaşıdları və özündən yaşca böyük şəxslər tərəfindən seksual təcavüzə məruz qalıb.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Məhkəmə-tibbi ekspertizası yeniyetmənin mütəmadi cinsi əlaqədə olması faktını təsdiqləyib, onun bədənində cinayətin xarakterik izləri aşkarlanıb.
Bu səbəbdən cari ilin martın 19-da 150.2.3. (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi açılıb.
Zərərçəkən tərəf bildirib ki, cinayətdə 17 nəfər iştirak edib. Lakin Şabran RPİ-dən qeyd ediblər ki, hazırda iş üzrə yalnız üç nəfər saxlanılıb. Digər şəxslərin bu cinayətdə iştirakı təsdiqlənməyib.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Qeyd edək ki, yetkinlik yaşına çatmayanlar 14 yaşından etibarən və yalnız ağır cinayət törətdikdə cinayət məsuliyyətinə cəlb olunurlar.
Mövcud Cinayət Məcəlləsinə əsasən, 160.2.3 maddəsinə görə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Polisdən qeyd ediblər ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək