Azərbaycanda insan orqanı alverçisi Zaurun verilişinə çıxıbmış – AÇIQLAMA
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan 1957-ci il təvəllüdlü Xudadatov Vahid Fəxrəddin oğlu barəsində bəzi məqamlar üzə çıxıb. Lent.az-a açıqlama verən V.Xudadatovun qardaşı Elşad Xudadatov bildirib ki, qardaşı qızı ağır böyrək xəstəliyindən əziyyət çəkib: “Qardaşım qızının xəstəliyi üçün ATV kanalına müraciət etmişdi. Uşağın böyrəyi dəyişdirilməli idi və Zaurun verilişinə çıxdılar. Orada insanlara müraciət edildi, donor axtarıldı. Daha sonra İranda böyrək əməliyyatı baş tutdu, uşağın böyrəyi dəyişdirildi”.
E.Xudadatov əlavə edib ki, qardaşı taksi sürücüsü kimi çalışıb və onun başqa əməllərinin olub-olmamasından xəbəri yoxdur.
Qeyd edək ki, Vahib Xidadatov barəsində həbs qətimkan tədbiri seçilib. Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Minval.info
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı