Azərbaycanda ilk: Üzən günəş elektrik stansiyası - Hazır olacağı TARİX
Azərbaycanda ilk üzən günəş elektrik stansiyasının tikintisi üzrə işlərin 2021-ci ilin martınadək başa çatdırılması planlaşdırılır.
Bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyindən məlumat veriblər.
Layihə Böyükşor gölündə üç ədəd 100 kilovatlıq fotovoltaj sisteminin quraşdırılmasını, eləcə də bu sahədə özəl sektorun inkişafının təşviqi məqsədilə biznes modellərinin yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, “Floating Solar Energy Development” adlı layihə bu ilin avqustunda Asiya İnkişaf Bankının İdarə heyəti tərəfindən təsdiqlənib.
Bir müddət əvvəl bildirilmişdi ki, Azərbacanda ilk üzən günəş elektrik stansiyasının tikintisinin dəyəri 100-200 min dollar təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu