Azərbaycanda film kimi cinayət - uşaqlı evə basqın olundu - VİDEO
Sumqaytda dəhşətli hadisə baş verib.
Belə ki, qonşuların mübahisəsi birinin digərinə hücumu ilə nəticələnib. Film kimi cinayət şəhərin «yaşıl dərə» massivində baş verib.
“Minval.İnfo” xəbər verir ki, Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» verilişində danışan şikayətçilər inanılmaz iddiaları səsləndiriblər. Belə ki, teleaparıcı hadisə yerinə baş çəkib. Bəlli olub ki, evə həqiqətən də hücum olunub.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Osmanovlar bildirib ki, uşaqlar evdə olarkən qonşuları Tofiq adlı şəxs və onun yaxınları evə basqın ediblər. Teleaparıcı adı çəkilən şəxslə telefonla danışa bilib. Tofiq bəy iddiaları qismən qəbul edib: «Hə, oğlum hücum edib. Amma and içir ki, ata mən sadəcə bir neçə əşyanı sındırmışam. Qalan nə baş veribsə özləri edib…»
Araşdırma zamanı bəlli olub ki, Tofiq adlı şəxsə Səfair bəyin oğlunun borcu olub. Tofiq bəy pulunu istəyəndə tərəflər arasında mübahisə düşüb. Tofiq bəyə qarşı tərəf «pulunu vermirəm» deyib və ardınca da söyüş söyüb. Bu söyüş iki ailəni bir-birinə düşmən edib…
Olduqca müəmmalı hadisəni olduğu kimi sizə təqdim edirik….
Minval.İnfo
https://www.youtube.com/watch?v=btmevWEc29Q
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı