Azərbaycanda dünyanın ilk arxeoparkı yaradılacaq
Dünyada ilk dəfə olaraq, Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması nəzərdə tutulur.
Bu barədə Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov bildirib.
P.Qasımovun sözlərinə görə, arxeoparkın Gəncə şəhəri ətrafında yaradılması planlaşdırılır:
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Nəzərdə tutulur ki, kurqanların üst örtüyü götürüldükdən, tədqiq edildikdən sonra üzəri şəffaf, plastik örtüklə örtülsün. Bununla da turistlər qəbir kamerasının forması, tunc dövrünün dəfn adətləri ilə tanış ola bilərlər”.
P.Qasımov qeyd edib ki, hələ 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş kurqan tipli qəbir abidələrinin GPS koordinatları götürülüb və xəritələşdirilib. Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid olduğu ehtimal edilir.
Hazırda Azərbaycan-İtaliya ekspedisiya qrupu tərəfindən kurqanların birində tədqiqatların aparıldığını deyən P.Qasımov əlavə edib ki, qəbirlər hərtərəfli tədqiq edildikdən sonra muzeyləşmiş hala gətiriləcək:
“Bu işlərin aparılması uzun müddət davam edəcək. İldən-ilə tədqiq olunmuş kurqanların da sayı artacaq. Buna uyğun olaraq, memarlar tərəfindən onların muzeyləşmiş forması yaradılacaq”.
P.Qasımov qeyd edib ki, bu parkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar