Azərbaycanda daha bir dəhşətli qəza: Biri uşaq olmaqla 6 nəfər öldü
Siyəzən rayonunda ağır yol qəzası baş verib.
Minval.info-un Qafqazinfo.az-a istinadən məlumatına görə, Qara Siyəzən adlı ərazidə “VAZ 2107” markalı avtomobillə “Daewoo” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib.
Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, avqustun 24-də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!