Azərbaycanda dəhşətli qəza: 3 ölü və 3 yaralı - Adlar
Bu gün günorta saatlarında Neftçala rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Minval.info” Virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala-Xolqarabucaq yolunda “Mercedes” və “Lexsus” markalı minik maşınları qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində “Lexsus”un əslən Neftçala rayonunun Xolqarabucaq kəndindən olan, hazırda Bakı şəhərində yaşayan 1961-cu il təvəllüdlü sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, “Mercedes-C”nin sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova dünyalarını dəyişib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Qəzada xəsarət alan sürücü Habil Həşimov və daha 2 nəfər də Neftçala Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisənin yüksək sürətlə hərəkətdə olan “Mercedes-C”nin qabaq təkərinin qəfildən partlaması nəticəsində idarəetməni itirdiyindən baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
