Azərbaycanda dəhşətli hadisə - 14 yaşlı uşağın meyiti tapıldı – VİDEO
Zaqatalada bədbəxt hadisə yaşanıb.
Minval.İnfo xəbər verir ki, 14 yaşlı uşaq boğularaq ölüb.
Hadisə Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində baş verib. Köçkün qəsəbə sakini Rəvan İsmayılov iki tanışı ilə birlikdə çimmək məqsədilə icazəsiz olaraq gül plantasiyalarının suvarılması üçün nəzərdə tutulan kiçik su anbarına giriblər.
Yeniyetmə suya girən kimi boğulub. Digər iki nəfər onun ailəsinə xəbər verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Qısa müddət ərzində polis əməkdaşı tərəfindən hovuzdan çıxarılan Rəvan İsmayılov aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=V26F9_mu3L0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!