Azərbaycanda dəhşət: Sahibsiz itləri vuran zaman 13 yaşlı oğlan qətlə yetirildi
Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlunun odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alması və aldığı xəsarətdən 15.04.2021-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan AZXEBER.COM-a veruilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı