Azərbaycanda bir ildə 323 uşaq məhkum olunub
2017-ci ildə 14-17 yaş arasında 323 uşaq müxtəlif cinayətlər törətdiyinə görə məhkum olunub. 2016-ci ildə bu rəqəm 261 nəfər olub.Dövlət Statistika Komitəsindən Minval.İnfo-ya verilən məlumata görə, 14-17 yaşda məhkum olunan uşaqlardan 320 nəfəri oğlan, 3 nəfəri qızdır. 14-15 yaşda 41 uşaq, 16-17 yaşda isə 282 uşaq məhkum edilib.
Məhkum olunan uşaqlardan 271 nəfəri hər iki valideyni olan ailədə, 50 nəfəri bir valideyni olan ailədə, 2 nəfəri ailadan kanarda (intematda, uşaq evinda və s.) böyüyənlər olub.
Onlardan 103 nəfəri şagird və tələbələr, 186 nəfəri oxumayanlar və işləməyənlər, 34 nəfəri isə işləyənlərdir.
Qəsdən adam öldürməyə görə 6 nəfər, qəsdən saglamlığa ağır zərər vurmaya görə 40 nəfər, qəsdən sağlamlığa az ağır zərər vurmaya görə 10 nəfər, adam oğurluğuna görə 2 nəfər, seksual xarakterli zorakılıq hərəkətlərinə görə 20 nəfər, oğurluğa görə 152 nəfər, soyğunçuluğa görə 21 nəfər, quldurluğa görə 12 nəfər, xuliqanlığa görə 17 nəfər (və s.) məhkum edilib.
14-17 yaş arasında cinayət törətmiş uşaqlardan birinci instansiya məhkəmələrində 111 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edlib. Belə ki, onlardan 48 nəfəri 5 ilədək, 63 nəfəri 5 ildən 10 ilədək azadlıqdan məhrum olunanlardır. Həmçinin ictimai işlər üzrə cəzalandırılanlar 2 nəfər, islah işləri üzrə cəzalandırılanlar 16 nəfər, cərimə tətbiq edilənlər 98 nəfər, şərti məhkum olunanlar 96 nəfər olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda kirayə qiymətləri sürətlə yüksəlir!
ADNSU-da süni intellekt üzrə yüksək maaşlı vakansiya
Bakı-Sumqayıt qatarı hələ də yola çıxmır!
Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!
Ana qolları olmayan körpəsindən imtina etdi
Şeyxülislam Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib?