Azərbaycanda bəzi siyasi partiyalar birləşir
Ötən gün mətbuatda Azərbaycanda bəzi siyasi partiyaların birləşəcəyi ilə bağlı məlumat yayılıb.
Azərbaycanda siyasi partiyaların birləşməsinə ehtiyac varmı?
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Böyük Qurtuluş partiyasının sədri Fazil Mustafa AZXEBER.COM-a danışıb.
Deputat qeyd edib ki, ideyaları bir-birinə yaxın olan partiyaların birləşməsi normal qarşılanmalıdır:
“Belə bir ideya varsa, normal yanaşıram. Yəni fikirləri, məqsədləri, ideyaları bir-birinə yaxın olan partiyaların birləşməsi normal qarşılanmalıdır. Bu həm də onların öz üzvlərinin seçimləridir. Buna hörmət etmək lazımdır”.
Millət vəkili qeyd edib ki, hansı siyasi partiyalar birləşəcəksə, partiya rəsmilərinin bu istiqamətdə açıqlaması vacibdir:
“Əgər bu informasiyalar doğrudursa, məsələyə doğru kontekstdə baxmaq olar, doğru deyilsə, o zaman, yəqin ki, partiya rəsmiləri bu barədə açıqlama verərlər”.
Qeyd edək ki, mətbuatda Ağ Partiya ilə Azərbaycan Xalq Partiyasının birləşəcəyi haqda xəbərlər yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!