Azərbaycanda qəzada 8 nəfər ölüb, kimlikləri açıqlandı - Foto, Video - Yenilənib

Masallıda ağır qəzada həyatını itirən şəxslərin kimliyi məlum olub.
Qəza nəticəsində, Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Məmmədova Gültac Ələkbər qızı (1996), Məmmədova Aytac Ələkbər qızı (1995) və Məmmədov Elgün Ələkbər oğlu (1997) həyatını itirib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.
***
Masallıda “KAMAZ” markalı avtomobilin “Mercedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakıdan Lerikə toy məclisinə gedən Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, qəzada ölənlərin hamısı qohumdur. Ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.
Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır.

ƏLAQƏLİ
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı