Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - VİDEO
Axşam saatlarında İsmayıllı rayonunun İvanovka kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, yerli sakin Vasili Kazkov “31-AA-045” dövlət qeydiyyat nişanlı “UAZ” markalı minik maşını ilə İsmayıllıdan İvanovkaya qayıdarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və maşında olan sərnişinlər – İvanovka kənd sakinləri – 46 yaşlı Olek Arlov, 45 yaşlı Vladimir Yemilankov və 28 yaşlı Vladimir Skokov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxansına çatdırılsalar da, onlardan Vladimir Skokovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
https://www.youtube.com/watch?v=HtLyp4lJtoc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi