Azərbaycanda 3 uşaq atası özünü öldürdü - Təfərrüat
Şabran rayonunun Güləmli yaşayış massivində yaşayan Cəmil Məmmədov intihar edib.
Minval.info Criminal.az-a istinadən xəbər verir ki, 3 uşaq atası olan 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.
Verilən məlumata görə, intiharın səbəbi həyat yoldaşının Məmmədovu tərk etməsi olub. Belə ki, həyat yoldaşı Cəmil ilə mübahisə edib və uşaqları ilə birgə Qubaya – ata evinə gedib. Həyat yoldaşının ayrılığına dözməyərək intihar etməyi üstün tutan Cəmil intihardan öncə məktub yazıb: “Bahar mən səni çox sevirəm. Bağışla ki, qəlbini qırdım. Sənsiz yaşaya bilmərəm. Sənsiz yaşamaqdansa ölüm daha yaxşıdır”.
Ailənin 3 oğlan övladı var. Şabran rayon Prokurorluğunda intiharın səbəbləri araşdırılır. Faktla bağlı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəki yaylasında ziplayn faciəsi: İki gənc həlak oldu
Zərdabda ad günü məclisi faciə ilə bitdi
Şəmistan Əlizamanlının mahnıları TRT filmində səsləndi
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır