10.09.2026 - 08:35
Hadisə 14 baxış

Şəmistan Əlizamanlının mahnıları TRT filmində səsləndi

Türkiyənin ‘TRT’ kanalında yayımlanan ‘Asırlık gece’ adlı bədii-sənədli filmdə Azərbaycanın tanınmış ifaçısı Şəmistan Əlizamanlının mahnıları səsləndirilib. Film 15 bölümdən ibarət olub və hərbi-vətənpərvərlik mövzusuna həsr edilib.

Minval.info xəbər verir ki, Şəmistan Əlizamanlının ‘Salam, dar ağacı’ və ‘Zafer bismillah’ mahnıları filmin müxtəlif bölümlərində yer alıb. ‘Salam, dar ağacı’ mahnısı 8-ci və final olan 15-ci bölümlərdə səsləndirilib. ‘Zafer bismillah’ mahnısı isə 14-cü bölümdə tamaşaçılara təqdim olunub. Bu mahnının sözləri Əhməd Cavada, musiqisi isə Şəmistan Əlizamanlıya aiddir.

Xatırladaq ki, Şəmistan Əlizamanlı daha əvvəl ‘Diriliş Ərtoğrul’ serialında da rol alaraq ‘Zafer bismillah’ mahnısını ifa etmişdi. ‘Asırlık gece’ filmi 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisələrini əks etdirir və Dosent Dr. Hüseyn Aydının eyniadlı kitabı əsasında hazırlanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: