Azərbaycanda 13 yaşlı məktəblinin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI
Mayın 23-də Yevlax rayonunda mikroavtobusun dəhşətli qəzaya düşməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Minval.info Publika.az-a istinadla xəbər verir ki, Mingəçevir istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtobusun qəzaya uğramasına nəqliyyat vasitəsinin arxa təkərlərindən birinin yerindən çıxması səbəb olub. Nəticədə mikroavtobus gəldiyi sürətlə aşaraq yolun kənarına yuvarlanıb.
Bildirilir ki, bu nəqliyyat vasitələri istehsalçı şirkət tərəfindən kiçiktutumlu yük maşını kimi istismara verilib. Daha sonra isə həmin nəqliyyat vasitələrinin iinə oturacaqlar yerləşdirilərək, pəncərələr açılaraq avtobusa çevrilib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə hadisə yerində, 20 yaşlı Sadət Müzəffər qızı Musayeva dəfn edilib. Hadisə zamanı vəfat edən 13 yaşlı Sevindikin anası Gülər İmanova uisə hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var