19.03.2018 - 14:52
Siyasət 18 baxış

Azərbaycana səfər edən İran vətəndaşlarına vizaların hava limanlarında verilməsinə başlanılıb

“Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizalarının Azərbaycanın beynəlxalq statuslu hava limanlarında verilməsinə başlanılıb”.

Bunu “Report”a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu qərar martın 15-də qüvvəyə minib: “Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: