Azərbaycana qanunsuz partlayıcı maddə idxalı

Dağıstanda sənaye təyinatlı partlayıcı maddənin Rusiyadan Azərbaycana keçirilməsi zamanı qanun pozuntusu aşkarlanıb.
Minval.İnfo Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Şimali Qafqaz Gömrük İdarəsi məlumat yayıb.
Bildirilir ki, Dərbənd Dəmir yolu stansiyasında gömrükçülər partlayıcı maddə olan ammonit tozunun vaqonla daşınmasına cəhd edilərkən qanun pozuntusu aşkarlayıblar.
Belə ki, daşıyıcı bəyannamədə malın çəkisinin 8 ton olduğunu göstərib. Amma yoxlama vaxtı aydın olub ki, yükün faktiki çəkisi 8 ton 167,2 kiloqramdır. Yəni partlayıcı maddənin bir hissəsini gömrük rəsmiləşdirməsi olmadan keçirməyə cəhd ediblər.
“Qanunsuz yolla keçirilməsinə cəhd olunan yük müsadirə edilib və ekspertizaya göndərilib. Faktla bağlı inzibzti qanun pozuntusu üzrə iş qaldırılıb”, – deyə Dağıstan gömrüyündən bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zığ yolunda sürət həddi əvvəlki vəziyyətindədir
Bakıda turistə "Lamborghini" sürprizi: Şirkətdən açıqlama
Bakıda leysan və şimşək təhlükəsi yaxınlaşır
Güclü külək Bakıda dörd nəfəri xəsarət aldı
Məktəblərdə təmir işləri sürətlə tamamlanır
Son 11 il rekord istilərlə yadda qaldı
Bakıda yağıntı normanı 133% üstələdi!