Azərbaycan yollarında İLK - 3D formatlı piyada zolağı (VİDEO)
Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.
Minval.info Trend-ə istinadən xəbər verir ki, yenilik ilk dəfə Naxçıvan şəhərində tətbiq edilib.
Bu ilin əvvəlindən Naxçıvan şəhərində bir çox yolların yenidən qurulması işlərinə başlanılıb. Bir müddət əvvəl isə şəhərin mərkəzi prospektlərindən biri – Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib.
Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu