“Azərbaycan və Türkiyə adına yarışacam”

Dekabrın 19-da Parisdə 19 ölkənin iştirakı ilə baş tutacaq “Junior Eurovision”da Azərbaycanı “One Of That Days” mahnısı ilə təmsil edən Sona Əzizova Türkiyə KİV-nə müsahibə verib.
Minval.info sözügedən müsahibəni təqdim edir:
– Bizə bir az özünüz haqqında məlumat verərdiniz?
-Mənim 12 yaşım var. Mən Bakıda anadan olmuşam. Boş vaxtlarımda musiqi dinləyirəm, gimnastika ilə məşğul oluram.
– “Junior Eurovision” üçün təklif necə aldınız?
-Mən məktəbə erkən yaşda başlamışam. 10 yaşımda böyük səhnəyə çıxdım. “Zima” festivalında iştirak etmişəm. Sonra “O Səs Uşaqlar”a qoşuldum və müsabiqədə ikinci oldum. Sonra mənə “Junior Eurovision”da iştirak etmək təklifi gəldi. Məmnuniyyətlə qəbul etdim.
– “One Of That Days” mahnınız haqqında bir az məlumat verə bilərsinizmi?
– Mahnı dünyaya və insanlara sevgi, dostluq və şəfqətdən bəhs edir. O, həmçinin başqa insanlar üçün öz həyatlarını riskə atan insanlara həsr olunub.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
-Daha əvvəl maNga-nın “We Could Be The Same” mahnısına cover etdiniz. MaNga-nı necə kəşf etdiniz?
-Bəli. Çox sevdiyim üçün rok üslubunda araşdırma apararkən rast gəldim və mahnını çox sevdim, oxumaq istədim.
-Bu il “Junior Eurovision” mahnıları arasında sevdiyiniz mahnılar varmı, əgər varsa, hansı ölkələr?
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
-Bütün ölkələrin nümayəndələrini çox bəyəndim.Hər kəsin ifası və mahnısı çox yaxşıdır. Hər kəsə və özümə uğurlar arzulayıram.
-Türkiyədən səs vermək mümkün olacaq. Nəhayət, izləyicilərimizə bir mesajınız varmı?
-Kaş ki, bu il Türkiyə bizimlə olaydı. Türkiyə və Azərbaycan xalqı adına daha da uğurlu olmağa çalışacağam. Hər kəsə sevgi, hörmət və ehtiramımı göndərirəm.
– Mahnı seçimi necə oldu, bu proses haqqında bir az məlumat verə bilərsinizmi?
– Sentyabrın 10-dək bəstəkarlar öz mahnılarını göstərilən ünvana göndəriblər. Mənim səsimlə studiyada çox bəyənilən dörd mahnı yazılıb münsiflər heyətinə göndərildi. Ən çox xal toplayan mahnı qalib seçildi.
– “Junior Eurovision”a necə hazırlaşırsınız? Səhnədəki çıxışınız haqqında bizə məlumat verə bilərsinizmi?
– Vokal dərslərinə gedirəm, məşq edirik. Təəssüf ki, səhnə haqqında danışa bilmirəm. Gəlin gözləyək və görək ki, daha maraqlı olsun.
https://youtu.be/5QAKYfAcuTM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi