Azərbaycan və Gürcüstan dəmir yolu sərhədində sürət rekordunu qırmağa hazırlaşır!
Azərbaycan və Gürcüstan arasında dəmir yolu daşımalarında sərhəd keçidinin sürəti iki dəfə artırılır. Bu addım, hər iki ölkənin dəmir yolu idarələri və əlaqədar dövlət qurumlarının rəhbər şəxslərinin Böyük-Kəsik stansiyasında keçirdiyi görüşdə müzakirə olunub.
Minval.info xəbər verir ki, görüşdə beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması, sərhəd keçid prosesində vaxt itkisinin azaldılması və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi də əsas müzakirə mövzularından biri olub.
Görüşdə Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili və sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlı hazırlıq işləri də müzakirə edilib. Bu yeniliklər, sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin iki dəfə azaldılmasına imkan verəcək.
Azərbaycan Dəmir Yolları QSC, beynəlxalq tərəfdaşlarla birlikdə dəmir yolu infrastrukturunun yenilənməsi və daşıma proseslərinin optimallaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd, Azərbaycanın regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır