19.02.2019 - 16:28
Gündəm 4 baxış

Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada (FOTO)

Azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmadan sonra Moskvadakı “Prezident” oteldə Azərbaycan və Çeçenistan rəsmilərinin görüşü baş tutub.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun köməkçisi Adam Delimxanov, Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Taymazxanov Bekxan, Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov və digərləri iştirak edir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava baş verib. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub.

Report


Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: