08.08.2026 - 11:51
Ölkə 32 baxış

Azərbaycan üzərindən ermənistana: Buğda və kömür tranzitinin maraqlı detalları

Bu gün Azərbaycan ərazisindən keçən yük qatarı ilə Ermənistana Rusiya mənşəli buğda və daş kömür çatdırılıb. Yük qatarı Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasından yola çıxıb.

Minval.info xəbər verir ki, göndərilən yük 15 vaqon buğda və 10 vaqon daş kömürdən ibarətdir. Buğdanın ümumi çəkisi 1049 ton, daş kömürün isə 700 ton təşkil edir.

Yük qatarı Böyük Kəsik istiqamətinə doğru hərəkət edib. İndiyə qədər Rusiyadan Ermənistana tranzit olaraq 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb.

Bundan əlavə, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel və 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: