"Azərbaycan-Türkiyə münasibətləri özəldir" - Binəli Yıldırım

“Azərbaycan parlamentinin yaranmasının 100 illiyi qeyd olunur. Dünyanın bir çox ölkələrindən parlament sədrləri bu münasibətlə keçirilən təntənəli iclasda iştirak ediblər. Bu, çox önəmli hadisədir. Azərbaycan-Türkiyə münasibətləri özəldir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycanın sevinci bizim də sevincimizdir, kədəri bizim də kədərimizdir”
Minval.İnfo xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.
Türkiyə Böyük Millət Məclisinin sədri bildirib ki, ölkələrimiz arasında münasibətlər daha da genişlənir. Biz Qafqaz regionunun sabitliyi üçün enerji təhlükəsizliyi, nəqliyyat layihələrini birgə həyata keçiririk. Məsələn, TANAP sadəcə Türkiyə və Azərbaycan arasında olan layihə deyil, eyni zamanda, Cənubi-Şərqi Avropanın enerji ehtiyaclarını qarşılayan bir layihədir.
Binəli Yıldırım qeyd edib ki, hər iki ölkə yaxın iş birliyi qurarkən parlamentlər də onlara dəstək olmaq üçün birlikdə çalışır. Ölkələrimiz arasında parlament diplomatiyasını inkişaf etdiririk, bizim dostluq qruplarımız var. Hazırda Türkiyə-Azərbaycan əməkdaşlıq birliyini təşkil etmək istəyirik. Bu istiqamətdə işlərə başlamışıq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkomanların sayı artıb - Nazirlik açıqladı
BDU-da növbəti kadr dəyişikliyi
YAP-çı deputatın işi antikorrupsiya idarəsində - Mandatı əlindən alına bilər
Əli İnsanovun köməkçisinə 30 sutka həbs verilib - Rəsmi açıqlama
Azərbaycanda dövlətə ziyan vuranlara qarşı əməliyyat başladı, tutulanlar var
Tanınmış vəkil Kollegiyadan çıxarıldı
Azərbaycanda anomal istilər gözlənilir