Azərbaycan Premyer Liqasında həftənin rəmzi komandası açıqlandı - Foto
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun rəmzi komandası müəyyənləşib.
“Minval” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandada “Səbail” və “Sabah”dan 3, “Qarabağ”dan 2, “Neftçi”, “Sumqayıt” və “Qəbələ”dən isə hərəyə 1 futbolçu yer alıb. “Sabah”ın hücumçusu Marko Deviç 6-cı, “Qəbələ”nin forvardı Stiven Jozef-Monroz 4-cü dəfə “11-liy”ə seçilib. Debütantın digər oyunçusu Cavid İmamverdiyev, “Qarabağ”dan Dani Kintana və “Neftçi”dən Kiril Petrov 3-cü dəfə heyətdə yer alıblar.
“Səbail”dən Kevin Kubemba və “Qarabağ”dan Donald Gerye ikinci, Aleksandr Rıbka, Elvin Yunuszadə (hər ikisi “Səbail”), Aleksey İsayev (“Sumqayıt”) və Elgün Nəbiyev (“Sabah”) isə ilk dəfə rəmzi komandaya düşüb.
Qapıçı: Aleksandr Rıbka (“Səbail”)
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”), Kiril Petrov (“Neftçi”), Elvin Yunuszadə (“Səbail”), Elgün Nəbiyev (“Sabah”)
Yarımmüdafiəçilər: Cavid İmamverdiyev (“Sabah”), Kevin Kubemba (“Səbail”), Aleksey İsayev (“Sumqayıt”), Dani Kintana (“Qarabağ”)
Hücumçular: Marko Deviç (“Sabah”), Stiven Monroz (“Qəbələ”)
Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
