Azərbaycan-Portuqaliya oyununun biletləri bu tarixdən satışda

Dünya çempionatı-2022-nin seçmə məhələsi çərçivəsində sentyabrın 7-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri avqustun 21-dən etibarən satışa çıxarılacaq.
Minval.info xəbər verir ki, COVİD-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.
Azərbaycan – Portuqaliya oyununa biletləri iticket mobil tətbiqi, veb saytı və ya Gənclik Mall və 28 Mall-da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.
Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.
Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.
Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.
Azarkeşlər stadiona COVİD-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq. Özünüzün və digərlərinin təhlükəsiziliyi üçün stadionda hərəkət edərkən və əyləşərkən sosial məsafəni qorumağınızı xahiş edirik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zorlanan idmançılara 215 milyon dollar ödəniləcək
Joze Mourinyo dünya çempionatına dair proqnozlar verdi
Galatasaray cərimələndi
Səfərdə vurulan qol sayəsində möcüzələr yaşanan futbol matçları - VİDEO
Dünya çempionatında ilk qol - VİDEO
“Barselona” Koutinyonu satır – qiymətini endirdi
"Neftçi"nin baş məşqçisi və futbolçuları məşqlərə qoşuldu